Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində “Abad məhəllə” sakinlərin istifadəsinə verilmişdir

15 iyul 2022 | 12:22
   Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, abad məhəllələr salınır, küçələr yenidən qurulur.
   Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır.
   Lökbatan qəsəbəsində  Seymur Orucov küçəsi, 1 saylı binanın həyətində salınmış növbəti abad məhəllə istifadəyə verilmişdir.
  Ətraf ərazilər abadlaşdırılmış, yeni yaşıllıq zolaqları salınmış, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırılmışdır. Ətrafda olan çoxmərtəbəli yaşayış  binaların fasadları və giriş qəfəsləri təmir edilmişdir. Şüşələnmə və boyaq işləri görülmüş, binaların həyətində asfalt örtüyü salınmış və küçə işıqları quraşdırılmışdır. Binaların dam örtüyü də yenilənmişdir.
   Qeyd edək ki, ərazidə 2 ədəd kölgəlik, 1 ədəd  uşaqlar üçün sürüşkən, 2 ədəd yelləncək tərəzi quraşdırılmışdır. Abadlaşdırılan ərazidə 100 metr yeni su xətti çəkilmiş, 30  ədəd müxtəlif ağaclar əkilmiş, 300 kv.m qazon salınmışdır. Ətraf ərazinin yollarının təmiri məqsədi ilə  2200 kv.m asfalt örtüyü döşənmiş və üzərində yol hərəkəti qaydalarını müəyyənləşdirən xətlər çəkilmişdir. 650 kv.m divar hörülmüş, 800 kv.m suvaq işi görülmüş, 6 ədəd küçə işığı quraşdırılmış, 664 kv.m aqlay salınmış, 319 kv.m bordür salınmışdır. Abadlaşdırılma işləri çərçivəsində ətrafda olan çoxmərtəbəli yaşayış binalarında 2600 kv.m  rənglənmə işləri aparılmışdır. 
Keçidlər