Şriftin ölçüsü :

Saytın rəngi :

Korgöz qəsəbəsində abadlıq və infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlər çərçivəsində 18-ci küçədə asfalt örtüyünün yenilənməsi işləri aparılır

26 may 2025 | 11:15

   Qaradağ rayonunun Korgöz qəsəbəsində abadlıq və infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlər çərçivəsində 18-ci küçədə asfalt örtüyünün yenilənməsi işləri sürətlə davam edir.

   Yerli sakinlərin rahatlığının təmin olunması, yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən asfaltlama işləri Qaradağ Rayon İcra Hakimiyyətinin nəzarəti altında aparılır.

   Mövcud yol örtüyünün bərpası nəticəsində nəqliyyatın hərəkəti daha da rahatlaşacaq, həmçinin qəsəbə sakinlərinin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edəcəkdir.

   İşlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

Keçidlər