Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev: "İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir..."

13 may 2023 | 13:51
   Azərbaycan xalqının Ümummilli Lideri HEYDƏR ƏLİYEV Azərbaycan təbiətinə xüsusi önəm vermiş, onun daim təbii və ilkin toxunulmazlığını qorumağın vacibliyini zəruri saymışdır. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Bu iş ardıcıl, müntəzəm və sistem halında görüldüyü üçün böyük səmərə vermişdir. Təbiətə yönəlik hər hansı qəsd Ulu öndəri çox hiddətləndirərdi: “Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də, siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...” - Bu sözlərdə görkəmli dövlət xadiminin böyüklüyü qədər sadəliyi, dərinliyi qədər şəffaflığı əksini tapır.  
   Ulu öndər Heydər Əliyevin zəngin maddi sərvətlərimizə – yaşıllığa, meşələrə, dağlara, çaylara, bulaqlara, bir sözlə, təbiətə münasibəti onun azərbaycançılıq ideyasının tərkib hissəsi idi. Bu münasibətlərdə Azərbaycana nəhayətsiz sevgidən, ana Vətənə məhəbbətdən doğan heyrətamiz bir cazibə qüvvəsi vardı. 
Dahi rəhbərimizin fəaliyyətində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələləri həmişə xüsusi diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, məhz Ümummilli liderimizin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar və qərarlar qəbul edilmişdir. 
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə respublikada həyata keçirilən qlobal təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olmuşdur.  Ümummilli lider bu sahədə hamını yaşıllaşdırma tədbirlərində fəal iştirak etməyə  çağırırdı. 
Ulu öndərin Azərbaycan təbiətinə qayğısı bir övladın anasına göstərdiyi qayğı qədər səmimi, təmənnasız idi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ulu öndərin ekoloji arzu və planlarını dönmədən və qətiyyətlə həyata keçirirlər. Ölkədə yaşıllaşdırma kütləvi, stabil və davamlı prosesə, vətəndaş vərdişinə çevrilmişdir. 
 
   Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli  3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü il  “HEYDƏR ƏLİYEV İLİ" elan edilmişdir. 
Bakının Qaradağ rayonunda da "Heydər Əliyev ili" çərçivəsində abadlıq quruculuq işi davam edir, eyni zamanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası mütəşəkkilliklə həyata keçirilmişdir. Məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, ekoloji tarazlığı bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
 
  Rayonun Ümid qəsəbəsində də "HEYDƏR ƏLİYEV İLİ" çərçivəsində təmizlik-abadlıq işləri davam edir. Bu məqsədlə  müxtəlifyönümlü tədbirlər həyata keçirilmiş, yaşıllaşdırma və abadlıq işləri görülmüşdür.   
   Ümid qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndərin xatirəsinə bir neçə ay öncə qəsəbədə yeni abad məhəllənin  tikintisinə başlanılmışdır. Qəsəbənin girəcəyində, mərkəzi küçədə nəzərdə tutulan həmin ərazidə əvvəlcə torpaqlama işləri görülmüş, ərazi boyu torpaq yayılaraq yeni ağacların tikintisinə başlanılmışdır. Həmin ərazidə bir neçə dəfə ağacəkmə aksiyası keçirilmişdir.   
Ağacəkmə aksiyasını yüksək mütəşəkkilliklə başa vurmaq  məqsədilə təmizlik və səliqə-sahman işləri aparılmış,  sahə əvvəlcədən əkin üçün hazırlanmışdır. 
Təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün qəsəbənin  iqliminə  uyğun olan yeni ağaclar - zeytun, həmişəyaşıl ağaclar, oleandr, şam ağacları olmaqla 500-dən çox ağac əkilmişdir. 
   Əkilən ağac tingləri suvarılmış və onlara aqrotexniki qulluq göstərilmişdir. Ərazidə abadlıq və səliqə-sahman işləri aparılaraq  digər ağacların da dibləri yumşaldılmışdır.
10 may 2023-cü il tarixinədək qəsəbə sakinlərinin asudə vaxtlarının keçirilməsi məqsədi ilə 780 kv metr ərazidə mərkəzi küçə boyu hasarlar bərabərləşdirilmiş, suvaq, emusiya, rəngləmə işləri görülmüşdür. 
   Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına həmişə  xüsusi əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.
Artıq işlər, demək olar ki, tam yekunlaşdırılmışdır və bundan sonra da məhəllədə əkilən ağaclara mütəmadi olaraq qulluq göstəriləcəkdir.
Eyni zamanda həmin ərazidə yeni küçə işıqları quraşdırılmışdır.
 
   "Heydər Əliyev İli"nin mütəşəkkilliklə başa çatdırılması üçün digər yaşıllıqların bərpası istiqamətində də tədbirlər davam etdirilir.  Qəsəbənin digər küçələrində də  yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və qəsənin daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.
   "Heydər Əliyev İli" çərçivəsində il ərzində qəsəbədə silsilə tədbirlər davam edəcəkdir.
Keçidlər