Ələt qəsəbəsində yerləşən Şəhidlər xiyabanında genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb.
16 oktyabr 2026 | 16:05
16.10.2026-cı il tarixində Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Şəhidlər xiyabanında genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Şəhidlər xiyabanının ərazisi tullantılardan təmizlənib, yaşıllıq sahələrinə və ümumi səliqə-sahmana diqqət yetirilib.
Həyata keçirilən tədbirlər qəsəbə sakinlərinin rahat və sağlam mühitdə yaşamalarının təmin olunmasına, ətraf mühitin qorunmasına, eləcə də şəhidlərimizin əziz xatirəsinin uca tutulduğu məkanın daim səliqəli və baxımlı vəziyyətdə saxlanılmasına xidmət edir.
Qeyd edək ki, bu işlər davam etdiriləcəkdir.






