Şriftin ölçüsü :

Saytın rəngi :

BOS SHELF MMC-də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkilmə aksiyasına start verildi

02 fevral 2023 | 10:52

   Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli    Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması tədbirlər planında nəzərdə tutulmuşdur. 
   Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən ölkənin bütün regionlarında olduğu kimi, Qaradağ rayonunda da ağacəkmə aksiyalarının aparılmasına hazırlıq işləri çərçivəsində müvafiq ərazilər təmizlənir, münbit torpaqlar daşınır və ağacların əkilməsi üçün lazımı tədbirlər görülür.
   Qaradağ rayonunda fəaliyyət göstərən BOS SHELF MMC artıq ilin əvvəlindən yol kənarları atılmış mişar daşlarından, inşaat tullantılarından təmizlənir, əraziyə atılmış məişət tullantıları və boş plastik qablar yığışdırılır. 

Keçidlər