Bakı–Ələt yolunun 35-ci kilometrliyində, Sahil qəsəbəsində 150 zeytun və alyandra ağacı əkildi
Konstitusiya ili çərçivəsində yaşıllaşdırma və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Bakı–Ələt magistral yolunun 35-ci kilometrliyində, Sahil qəsəbəsi ərazisində, “Kings Market”in qarşı tərəfində 150 ədəd zeytun və alyandra ağacı əkilib.
Ağacəkmə aksiyası ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin artırılması və ekoloji şəraitin yaxşılaşdırılması məqsədilə təşkil olunub. Əkilən zeytun və alyandra ağacları iqlim şəraitinə uyğunluğu və uzunömürlülüyü ilə seçildiyindən, bu ərazidə davamlı yaşıllıq zonasının formalaşmasına töhfə verəcək.
Əkin prosesi zamanı torpaq hazırlığı və suvarma sisteminin qurulması kimi işlər də paralel şəkildə həyata keçirilib. Yaşıllıq zonalarının genişləndirilməsi istiqamətində bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.






