Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Gəmiqayırma Zavodu Qaradağ rayonunda keçirilən ümumrayon iməcliyində fəal iştirak edib

17 may 2025 | 10:57

Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu gün rayon ərazisində ümumrayon iməcliyi təşkil olunub. İməclikdə Qaradağ rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, o cümlədən Bakı Gəmiqayırma Zavodu (BGZ) da fəal iştirak edib.

Ətraf mühitin mühafizəsi, rayonun abadlaşdırılması və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən iməclik çərçivəsində Bakı Gəmiqayırma Zavodunun kollektivi zavodun ərazisində və ona bitişik sahələrdə geniş təmizlik və abadlıq işləri həyata keçirib. İməclik zamanı ərazi məişət tullantılarından təmizlənib, yol kənarları, səkilər, yaşıllıq sahələri səliqəyə salınıb, alaq otları biçilib və yeni dekorativ ağaclar əkilib.

Bundan əlavə, Bakı Gəmiqayırma Zavodunun əməkdaşları yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərib, qazonların bərpası və suvarılması işlərini aparıblar. Zavodun kollektivi tərəfindən həyata keçirilən bu tədbirlər Qaradağ rayonunun ümumi abad görünüşünün yaxşılaşdırılmasına mühüm töhfə verib.

Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təşəbbüs göstərilən bu iməclik əhalidə ekoloji mədəniyyətin formalaşdırılması və ictimai həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bakı Gəmiqayırma Zavodu bu kimi aksiyalarda mütəmadi olaraq iştirak etməklə həm sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir, həm də yaşadığımız mühitin sağlam və abad saxlanmasına öz töhfəsini verməyə davam edir.

Keçidlər