Şriftin ölçüsü :

Saytın rəngi :

"Zəfərin mübarək, Azərbaycan" adlı tədbir keçirildi

07 noyabr 2024 | 15:30

    27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə əlaqədar 180 saylı məktəbdə şəhid ailələri, Qaradağ Rayon YAP-nın sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının məsul işçisi Abbas Hüseynov və Qaradağ rayon Qızıldaş qəsəbə nümayəndəsi Əkbərov Ruslan və valideynlərin iştirakı ilə "Zəfərin mübarək, Azərbaycan" adlı tədbir keçirildi.

   Tədbirdən öncə məktəbin həyətində ağaclar əkildi və onlara aqrotexniki qulluq göstərildi.

   İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və şagirdlərin canlı ifasında ifa olundu. Daha sonra Ulu Öndər Heydər Əliyevin və vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Atakişi Cəfərov qonaqları təqdim etdikdən sonra öz təəssüratlarını bölüşdü.

   Tədbirdə çıxış edən Qaradağ Rayon YAP-nın sədri Qafar Əliyev və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının məsul işçisi Abbas Hüseynov, Müzəffər Ali Baş Komandanın işğal altında olan torpaqlarımızın azad olunmasında göstərdiyi müstəsna xidmətləri, ordumuzun uğurları və siyasi arenada Azərbaycanın güclü mövqeyini xüsusi qeyd etdilər. Onlar, həmçinin 30 ilə yaxın erməni təcavüzünə məruz qalmış Qarabağın işğaldan azad edilməsi ilə başa çatan bu Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.

   Tədbir çərçivəsində "Zəfərin mübarək, Azərbaycan!" adlı videoçarx nümayiş olundu, şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil edildi.

Keçidlər