“Zəfərə gedən yol!” mövzusunda tədbir keçirildi.
04 noyabr 2023-cü il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin təşəbbüsü ilə “Zəfər Günü”nün 3-cü ildönümü ilə əlaqədar rayon təhsil müəssisələrində çalışan Şəhid ailələri və müharibə iştirakçıları ilə “Zəfərə gedən yol!” mövzusunda görüş keçirildi.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Milli Məclisin deputatı Səbinə Xasayeva, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva, şəhid valideynləri, qazilər, müəllimlər iştirak edirdilər.
Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma mərasimi ilə başladı.
Heydər Əliyev adına parkda məktəb şagirdlərinin iştirakı ilə flaşmob göstərildi.
Tədbirdə çıxış edən natiqlər Azərbaycanın Qələbəsini şərtləndirən amillər sırasında gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi üçün məqsədyönlü siyasətin aparılmasını vurğuladılar.
Məktəb şagirdləri vətənpərvər mövzuda şerlər səsləndirdilər.