Zəfər gününə həsr edilmiş konsert
04.11.2022-ci il tarixində Qaradağ rayon Aşıq Rza adına Qobustan Mədəniyyət evində Zəfər gününə həsr olunmuş bayram konserti keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, Bakı Mədəniyyət İdarəsinin rəisi İbrahim Əliyev, rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər və qəsəbə sakinləri iştirak edirdilər.
Tədbir Dövlət Himni ilə açıq elan olundu və II Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Zəfər gününün Azərbaycan xalqının həyatında qürurlu və fərəhli gün olduğu qeyd edildi.
Məktəblilər şer nümunələri çıxış etdilər.
Tədbir tanınmış müğənnilərin vətənpərvər mövzuda konsert proqramı ilə davam etdi.