Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü: Qaradağda qürur dolu silsilə tədbirlərdən sonra Bayram konserti və atəşfəşanlıq

08 noyabr 2024 | 19:39

   Bu gün, 8 noyabr 2024-cü il tarixində, Qaradağ Rayonunda Zəfər Günü münasibətilə xüsusi bayram konserti təşkil olunmuşdur. Konsertdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri və rayon ictimaiyyətinin nüfuzlu nümayəndələri iştirak ediblər.

   Tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçirilən konsert iştirakçılara unudulmaz anlar yaşatmış, həmçinin qürur və sevinc dolu bir atmosfer yaratmışdır. Bayramın yekunu olaraq, atəşfəşanlıq nümayiş etdirilmişdir. Bu möhtəşəm şou, həmçinin Zəfər Gününün əhəmiyyətini və Azərbaycan xalqının mübarizliyini simvolizə etmişdir.

Keçidlər