Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü ərəfəsində şəhid ailələrin ziyarətləri davam edilir

03 noyabr 2022 | 14:57

    Qaradağ rayon icra hakimiyyətinin tədbirlər planına əsasən 8 Noyabr – Zəfər Günü ərəfəsində bayram münasibəti ilə əlaqədar olaraq dövlətimizə və millətimizə canları və qanları bahasına əmin-amanlıq verən şəhid ailələrini ziyarət etməyi, onların bayramlarını təbrik edərək, ailələrə yardım edilməsi planlaşdırılmışdır.  
    Bu gün 03 noyabr 2022-ci il tarixində Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən şəhid Rövşən İbrahim oğlu Əliyevin, şəhid Pünhan Nəsir oğlu Abbasovun, şəhid Ağabəy Zaur oğlu Məmmədquliyevin, şəhid Şaiq Namiq oğlu Kəlbiyevin, Şəhid Yunis Rafiq oğlu Surxayevin, şəhid Rəşad Arif oğlu Abdullayevin, şəhid Ramal Məhəmməd oğlu Məmmədovun, şəhid Elnur Dönməz oğlu İbrahimovun,  şəhid Tofiq Dadaş oğlu Kərimov, Şəhid Tural Rauf oğlu Həsənovun, şəhid Anar Sahib oğlu Nağıyevin ailələri ziyarət olunmuşdur. Görüşdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik edilmiş, onlara bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim olunmuşdur. 
    Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişlər. 

Keçidlər