Şriftin ölçüsü :

Saytın rəngi :

Yol hərəkəti qaydaları ilə əlaqədar maarifləndirici toplantı

02 dekabr 2022 | 18:38

   02 dekabr 2022-ci il tarixdə 288 № məktəbdə Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə şagirdlərlə yol hərəkəti təhlükəsizliyi, yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə haqqında maarifləndirici tədbir keçirildi. Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Ruslan İsmayılov, məktəbin direktoru Taleh Quliyev, Dövlət Yol Polisinin əməkdaşları baş leytenant Ramin Abbasov və baş leytenant Mahir Qasımov iştirak etdi.

   Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov açdı. O yol hərəkəti qaydaları, onlara düzgün riayət olunması ilə bağlı maarifləndirmə işinin vacib olduğunu və belə qəbildən olan tədbirlər vasitəsilə ilə uşaqların təhlükəsizliyinin təlim olunmasını qeyd etdi. İcra hakimiyyəti təmsilçisi R.İsmayılov yollarda baş verən qəzaların ictimai səhiyyənin problemi olaraq, cəmiyyətin bütün sektorlarına təsirindən danışdı. Belə ki, yol-nəqliyyat qəzaları nəticəsində baş verən zədəalmaların nəticələri uzunmüddətli tibbi yardım, ölüm halları və ömürlük əlilliklə müşayiət olunduğunu söylədi. DYP əməkdaşları ilk öncə uşaqların bilməsi zəruri olan yol hərəkəti nişanları barədə ətraflı məlumat verdilər. Daha sonra yol hərəkəti qaydaları, onların təhlükəsizliyi haqqında danışıldı.

    Sonda məktəblilərin maraq dairəsinə daxil olan suallar polis əməkdaşları tərəfindən cavablandırıldı.

Keçidlər