Şriftin ölçüsü :

Saytın rəngi :

Yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində maarifləndirmə tədbiri keçirilmişdir

16 dekabr 2024 | 12:08

16 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin 16 mart 2020-ci ilil tarixli, 1941 saylı “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının 8.7.3 Yerin təki istifadəçiləri ilə yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində maarifləndirmə tədbiri Qaradağ rayonu üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə rayon ərazisində fəaliyyət göstərən daş karxanasında, orada çalışan işçilər üçün keçirilmişdir. Tədbir, yerin təki haqqında qanunvericiliyin tələbləri və bu tələblərə əməl olunmasının vacibliyi barədə məlumatlandırma məqsədini güdür.

Tədbirdə, daş karxanasında çalışan əməkdaşlara, əhəngdaşı yataqlarının qanuni şəkildə istismar edilməsi və ekoloji normativlərin pozulmaması üçün nəzərdə tutulan qaydalar və prosedurlar izah edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, həmçinin, bu sahədə mövcud olan hüquqi tələbləri və qaydaları, təbii sərvətlərin səmərəli istifadəsinin əhəmiyyətini vurğulamışdırlar.

Tədbirdə iştirak edən işçilərə, daş karxanasının fəaliyyətinin ekoloji və hüquqi tərəfləri, müvafiq icazələrin alınması, yerin təki istifadəçiləri tərəfindən riayət olunmalı olan ekoloji tələblər, həmçinin karxana ətrafında ekoloji təmizliyin və təbii resursların qorunmasının əhəmiyyəti haqqında ətraflı məlumat verilmişdir.

Bundan əlavə, iştirakçılara qanunvericiliyə uyğun fəaliyyət göstərməyin və təbii sərvətlərin qorunmasının, həmçinin işçi sağlamlığının və təhlükəsizliğinin təmin edilməsinin vacibliyi vurğulanmışdır. Tədbirin sonunda, əməkdaşlara maarifləndirmə materialları təqdim edilmiş və suallarına cavab verilmişdir.

Bu cür tədbirlər, daş karxanasında çalışanların qanunvericiliyin tələbləri barədə məlumatlılığını artırmaq, ekoloji məsuliyyətləri dərk etmələrini təmin etmək və təbii sərvətlərdən səmərəli istifadə edilməsini təşviq etmək məqsədini daşıyır.

Keçidlər