Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni fəhlə kadrlarının hazırlanması” proqramı əsasında yekun praktik (peşə-sınaq) imtahanlar keçirilib.

13 yanvar 2023 | 16:58
Qaradağ rayonunda Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan regional təlim mərkəzində “Yeni fəhlə kadrlarının hazırlanması” proqramı əsasında “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə 6 aylıq təlim kursunda təhsil alanlar üçün yekun praktik (peşə-sınaq) imtahanlar keçirilib. İmtahanda şagirdlər nəzəri biliklərini və praktik bacarıqlarını nümayiş etdiriblər. 
SOCAR-ın İnsan Resursları Departamentinin, "Azəriqaz" İB-nin nümayəndələrinin də iştirak etdiyi yekun imtahanda 112 nəfər şagirdin hamısının nəticələri yüksək qiymətləndirilib.
Keçidlər