"Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində tədbir keçirilmişdir
Azərbaycan Respublikasının PRezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunmuşdur. Eyni zamanda COP 29 kimi iqlim dəyişikliklərinə həsr olunmuş mötəbər tədbirin Azərbaycanda keçirilməsi bütün respublikada yaşıllığın genişlənməsinə və artırılmasına zəmin yaratmışdır. Bu münasibətlə Bakı şəhəri ərazisində mütəmadi tədbirlər həyata keçirilir Yaşıllıqlar salınır, abad məhəllələr inşa olunur, müxtəlif növ ağaclar əkilir və təmizlik-abadlıq işləri həyata keçirilir.
O cümlədən 20.04.2024-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Qaradağ Rayon İcra Hakimiyyətinin iştirakı ilə ağac əkimi tədbiri keçirilmişdir. Tədbirdə Bakı-Ələt dairəvi yolunun kənarında yüzlərlə eldar şamı əkilmişdir.