Şriftin ölçüsü :

Saytın rəngi :

“Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusinda rayon tədbir keçirilmişdir

17 noyabr 2022 | 16:16

    17 noyabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə “Qaradağ rayonunda 2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusinda rayon tədbir keçirilmişdir.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini-rayon Fövqəladə Hallar Komisiyyasının sədri Emil Abbasov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, Mərkəz rəisinin müavini Kamil Bağırov, Mərkəzin əməkdaşları, rayon icra hakimiyyəti başçısının qəsəbə İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyin əməkdaşları, Mənzil-Kommunal İstismar Sahələrinin rəisləri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri və digər məsul şəxslər iştirak edirdi. 
   Tədbirdə mülki müdafiə sahəsində mövcud problemlər, daldalanacaqların və sığınacaqların vəziyyəti, nöqsanların həlli yolları müzakirə edildi. Eyni zamanda yanğın təhlükəsizliyi sahəsində Dövlət Yanğın Nəzarəti Xidmətinin, Dövlət Yanğın Mühafizə Xidmətinin əməkdaşları çıxış etdilər. Əlavə olaraq bu sahədə rayon ərazisində görülən işlərlə bağlı Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyin, Qaradağ Rayon Enerji Təchizatı və Satış İdarəsinin, Bakı Regional Qaz İstismarı Departamentinin Qaradağ rayonu üzrə texniki İstismar xidmətinin,15 saylı Təcili tibbi yardım stansiyasının həkimi və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları çıxış etdilər.

Keçidlər