Şriftin ölçüsü :

Saytın rəngi :

Xalçaçılığın inkişafının dəstəklənməsi, o cümlədən xammal təminatının və xalça istehsalı sahələrinin yaradılması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə görüş keçirilmişdir.

20 aprel 2023 | 15:47

20 aprel 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin və “ABAD” publik hüquqi şəxsin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.26-cı bəndinə əsasən – Xalçaçılığın inkişafının dəstəklənməsi, o cümlədən xammal təminatının və xalça istehsalı sahələrinin yaradılması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Qaradağ Rayon Çeyildağ qəsəbəsində bir qrup xalçaçılarla görüş keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şikar Həsənalıyev, şöbənin digər məsul şəxsləri, “ABAD” publik hüquqi şəxsin Dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin müdiri Ləman Əhmədova və digər şəxslər iştirak edib.
Tədbirdə xalçaçılığın inkişafının dəstəklənməsi, o cümlədən xammal təminatının və xalça istehsalı sahələrinin təkminləşdirilməsi barədə xalçaçılarla maarifləndirici söhbətlər aparılmış və xalçaçıların “ABAD” lahiyəsinə cəlb olunması üçün mövcud imkanlar müzakirə edilmişdir. Bildirilmişdir ki, qəsəbədəki xalçaçıların fəaliyyətinin gücləndirilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyəti və “ABAD” publik hüquqi şəxs tərəfindən müvafiq dəstək göstəriləcəkdir.

Keçidlər