Volqoqradda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibəti ilə tədbir keçirildi
Volqoqradda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan Volqoqrad-Bakı Dostluq Parkında Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli tədbir keçirildi.
Tədbir Rusiya Federasiyasının və Azərbaycan Respublikasının himnlərinin səsləndirilməsi ilə başladı.
Tədbirin aparıcısı Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verərək bildirildi ki, müasir tarixin ən görkəmli siyasətçisi olan Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində daim xalqı ilə birlikdə olub. O 2012-ci ildə Volqoqrad şəhəri ilə Qaradağ rayonunun dostluğu haqqında memorandum imzalandığı barədə də məlumat verdi.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzdülər, dünya şöhrətli siyasətçinin xatirəsinə ehtiramlarını bildirdilər.