Şriftin ölçüsü :

Saytın rəngi :

Volqoqradda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.

10 may 2023 | 16:24

   10 may 2023-cü il tarixində Rusiya Federasiyasının Volqoqrad şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən salınmış Azərbaycan-Rusiya dostluğunun rəmzi olan Volqoqrad-Bakı Dostluq Parkında Sovet İttifaqının və Azərbaycanın görkəmli dövlət xadimi, Ümummilli Lider,  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Qeyd edək ki, həmin parkın təməli 2013-cü il iyunun 5-də Volqoqradda “Rusiya-Azərbaycan: regionlararası dialoq – 2013” IV Beynəlxalq Forumu zamanı qoyulmuş, 2013-cü il dekabrın 20-də isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə parkın açılışı olmuşdur.

   Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ Rayon İcra Hakimiyəti və Volqoqrad Vilayət Administasiyasının millətlər və kazaklar üzrə vilayət komitəsinin dəstəyi ilə Volqoqrad şəhər ictimai təşkilatları olan “Rusiya-Azərbaycan Birliyi”, Volqoqrad regional “Dostluq evi” mədəniyyətin inkişafı ictimai təşkilatları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı təntənəli tədbir keçirmişlər.

   İlk öncə tədbir iştirakçıları Volqoqrad vilayətində yaşayan Azərbaycandan olan xalqların nümayəndələri, Volqoqrad vilayətinin milli ictimai birliklərinin fəalları, Volqoqrad Administrasiyasının millətlər və kazakların işləri üzrə komitə sədri Davidovskiy Eduard Fransoviç, Volqoqrad şəhər administrasiyasının mədəniyyət üzrə komitə sədri Polyanin Dmitriy Borisoviç, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin birinci katibi Fərhad Məmmədov, Bakı Şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov - "Volqoqrad - Bakı" dostluq parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri və əklillər düzmüşlər.

   Tədbirin rəsmi hissəsi  Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başladı. Daha sonra Rusiya Federasiyasının və Azərbaycan Respublikasının himnləri səsləndirildi.  Tədbirdə çıxış edən rəsmi nümayəndlər Ulu Öndərin həyatı və fəaliyyəti barədə öz xatirələrini söylədilər. Heydər Əliyevin SSRİ-nin dahi şəxsiyyətlərindən biri olduğunu qeyd etdilər və o dövrdəki fəaliyyəti barədə söz açdılar. Qeyd etdilər ki, Heydər Əliyev SSRİ-nin ən parlaq rəhbərlərindən biri olub. Onu başqalarından fərqləndirən və ona sovet vətəndaşları arasında populyarlıq qazandıran cəhət şəxsi ünsiyyətə üstünlük verməsi, problemləri yerində həll etmək bacarığı olduğunu vurğuladılar. Vurğuladırlar ki, Müasir Azərbaycanın banisi Heydər Əliyevin idarəçilik formulunu çox zaman sovet dövrünün süqutu zamanı sistemli modernləşmə zərurətindən irəli gələn çağırışlara cavab adlandırırlar. Məhz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda sovet dövründən qalan yaxşı nə varsa qoruyub saxlamağı və onları yeni inkişafa uyğunlaşdırmağı bacarıb. Ümummilli Lider öz siyasi və dövlətçilik fəaliyyətində Vətənə, xalqa, torpağa bağlı olmuş, onlara sonsuz məhəbbət hissi ilə yanaşmış, qurub - yaratmaq arzusu ilə yaşamışdır. Ulu Öndər Heydər Əliyev milli ideallara sıx bağlı olduğunu hər zaman nümayiş etdirmişdir. Bu Dahi İnsan bütün zəngin və mənalı həyatında həmişə xalqını, Vətənini düşünmüş, ölkəmizin ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Böyük strateq hələ hakimiyyətinin birinci mərhələsində, imperiyanın güclü olduğu dövrdə milli-mənəvi dəyərləri dağılmaqdan xilas etmiş, milli şüurun yüksəlişinə istiqamətlənən ardıcıl tədbirlər həyata keçirə bilmişdir.

    Tədbirdə çıxış edən Azərbaycana yaxın xalqların nümayəndələri, o cümlədən ləzgilər, tatarlar, qazaxlar, udinlər və digər nümayəndələr çıxış edərək Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.  

   Daha sonra milli adət ənənəyə uyğun açılmış bayram süfrəsi arxasında tədbir davam etdirildi. Tədbir təşkilarçıları qonaqlara xatirə hədiyyələrini  təqdim etmiş, qonaqlar isə Ulu Öndər Heydər Əliyevə və Azərbaycan xalqının Böyük Vətən Müharibəsindəki qəhrəmanlıqlarına həsr olunmuş kitabları, eyni zamanda Azərbaycana məsxus suvenirləri tədbirdə iştirak edən qonaqlara təqdim etmişlər.

Volqoqrad vilayətinin ictimai həyatında fəal iştirakı ilə seçilən Azərbaycandan olan Volqoqrad vilayətində yaşayan azərbaycanlılara Volqoqrad Administrasiyasının millətlər və kazakların işləri üzrə komitə sədri Davidovskiy Eduard Fransoviç təşəkkürnamələr təqdim etmişdir.

   Tədbirdə Ülu Öndərə, Azərbaycana həsr olunmuş mahnılar səslənmiş və Azərbaycanda yaşayan xalqların rəqsləri nümayiş olunmuşdur.

Keçidlər