Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin qəhrəman şəhidləri Abdullayev Rəşad Arif oğlu və İbadov Rafiq Baloğlan oğlunun beşinci ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.

29 sentyabr 2025 | 15:03

  29 sentyabr 2025-ci il tarixdə Lökbatan qəsəbəsində, Vətən Müharibəsinin qəhrəman şəhidləri Abdullayev Rəşad Arif oğlu və İbadov Rafiq Baloğlan oğlunun beşinci ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayon icra hakimiyyətinin məsul əməkdaşları, həmçinin şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak etmişdir. Qonaqlar şəhidlərin məzarlarını ziyarət edərək ruhlarına dualar oxumuş, daha sonra şəhid ailələri ilə görüşmüş və təşkil olunmuş ehsan süfrəsində iştirak edərək ailələrə başsağlığı vermişlər.

 Tədbir çərçivəsində şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini ifadə etmiş, qazanılan Zəfərdə övladlarının da payı olduğu üçün böyük qürur hissi keçirdiklərini bildirmişlər.

Vətən uğrunda canından keçən şəhidlərimizi daim qəlbimizdə yaşadacaq, onların qanı ilə azad edilən torpaqları göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə səbir və dözüm arzulayırıq.

Keçidlər