Vətən müharibəsi Şəhidlərinin ailələri ziyarət olundu
29 dekabr 2022-ci ildə Qaradağ Rayon icra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Qaradağ rayonundan Şəhid olmuş hərbiçimiz Quliyev Fərid Vahid oğlunun və helikopter qəzasında Şəhid olmuş Əhmədxanov Ceyhun Xanlar oğlunun ailələrini ziyarət etmişlər. Quliyev Fərid Vahid oğlunun Vətənə xidmətə görə 3-cü dərəcəli ordeni Şəhidin ailəsinə təqdim edilmişdir
Görüşdə 31 dekabr Həmrəylik günü və yeni il münasibəti ilə şəhid ailələri təbrik edilmiş, onlara bayram sovqatı verilmişdir.