Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri Musaoğlu Ataməli Seyidməmməd oğlu və Abasov Ruslan Hikmət oğlunun il dönümü ilə əlaqədar anım mərasimi keçirilib

16 oktyabr 2024 | 16:09

   16 oktyabr 2024-cü il tarixdə Lökbatan qəsəbəsində, Vətən Müharibəsi şəhidləri Musaoğlu Ataməli Seyidməmməd oğlu və Abasov Ruslan Hikmət oğlunun il dönümü ilə əlaqədar anım mərasimi keçirilib.

   Şəhidlərin anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət vəkilləri Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev tərəfindən şəhidlərin qəbrini ziyarət etmiş, ruhuna dualar oxunmuş, daha sonra şəhid ailələri ilə görüşmüş və ehsan süfrəsində iştirak edərək ailə üzvlərinə başsağlığı vermişlər.

   Şəhid ailə üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

   Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Keçidlər