Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri Musaoğlu Ataməli Seyidməmməd oğlu və Abasov Ruslan Hikmət oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

16 oktyabr 2025 | 12:43

   16 oktyabr 2025-ci il tarixdə Lökbatan qəsəbəsində, Vətən Müharibəsi şəhidləri Musaoğlu Ataməli Seyidməmməd oğlu və Abasov Ruslan Hikmət oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

   Şəhidlərin anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti aparatının vəzifəli şəxsləri, şəhid ailələri, müharibə əlilləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuş, daha sonra ehsan süfrəsində iştirak edilərək ailə üzvlərinə başsağlığı verilmişdir. 

  Hər iki şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

Vətən uğrunda canından keçən şəhidlərimizi daim qəlbimizdə yaşadacaq, onların qanı ilə azad edilən torpaqları göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə səbr və dözüm arzulayırıq.

 

Keçidlər