Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri Musaoğlu Ataməli Seyidməmməd oğlu və Abasov Ruslan Hikmət oğlunun anım mərasimi keçirilib.

16 oktyabr 2026 | 12:46

   16 oktyabr 2026-cı il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Şəhidlər xiyabanında Vətən Müharibəsi şəhidləri Musaoğlu Ataməli Seyidməmməd oğlu və Abasov Ruslan Hikmət oğlunun anım mərasimi keçirilib.
   Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, Qərbi Azərbaycan İcması Qaradağ rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev, Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, həmçinin şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzmüş, ruhlarına dualar oxumuşlar. Daha sonra ehsan süfrəsində iştirak edərək şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı vermişlər.
   Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
   Vətən uğrunda canından keçən şəhidlərimizi daim qəlbimizdə yaşadacaq, onların qanı ilə azad edilən torpaqları göz bəbəyi kimi qoruyacağıq.
   Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə səbir və dözüm arzulayırıq.   

Keçidlər