Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri kapitan Məmmədov Pərviz Ələddin oğlu və Məmmədov Ramal Məhəmməd oğlunun şəhidliklərinin altıncı ildönümü münasibətilə anım mərasimi təşkil olunub.

01 oktyabr 2026 | 13:56

   01 oktyabr 2026-cı il tarixində Lökbatan qəsəbəsində Vətən Müharibəsi şəhidləri kapitan Məmmədov Pərviz Ələddin oğlu və Məmmədov Ramal Məhəmməd oğlunun şəhidliklərinin altıncı ildönümü münasibətilə anım mərasimi təşkil olunub.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev,  Milli Məclisin deputatı Səbinə Xasayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, İcra Hakimiyyəti aparatının vəzifəli şəxsləri, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. Qonaqlar ailə üzvlərinə başsağlığı verərək səbir diləyiblər. Çıxışlarda Azərbaycan Ordusunun gücündən, şəhidlərin döyüşlərdə göstərdikləri igidlikdən danışılıb və bu gün üçrəngli bayrağımızın azad olunmuş torpaqlarda dalğalanmasının hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğu vurğulanıb. Şəhid valideynlərinə bir daha minnətdarlıq ifadə olunub, qəhrəman övladlarımızın xatirəsinin daim uca tutulacağı qeyd edilib.
   Daha sonra Natiq Əliyev Şəhidlər xiyabanında digər şəhidlərin məzarlarını ziyarət edərək, üzərlərinə gül dəstələri qoymuşdur.
   Şəhidlərin ailə üzvləri isə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər