Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri Fərziyev Saməddin Mehman oğlu və Rəsulov Teymur Yavus oğlunun il dönümü ilə əlaqədar anım mərasimləri keçirilib

21 oktyabr 2024 | 14:44

   21 oktyabr 2024-cü il tarixdə Lökbatan qəsəbəsində, Vətən Müharibəsi şəhidləri Fərziyev Saməddin Mehman oğlu və Rəsulov Teymur Yavus oğlunun il dönümü ilə əlaqədar anım mərasimləri keçirilib.

   Şəhidlərin anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Qaradağ rayon icra hakimiyyətinin məsul işçiləri, Millət vəkilləri Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev şəhidlərin qəbrini ziyarət etmiş, ruhuna dualar oxunmuş, daha sonra şəhid ailələri ilə görüşmüş və ehsan süfrələrində iştirak edərək ailə üzvlərinə başsağlığı vermişdir.

   Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

   Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Keçidlər