Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Surxayev Yunis Rafik oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

13 oktyabr 2025 | 12:24

   13 oktyabr 2025-ci il tarixində Vətən Müharibəsi şəhidi Surxayev Yunis Rafik oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

   Lökbatan qəsəbəsi, şəhidlər xiyabanında keçirilən anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyətinin aparatının vəzifəli şəxsləri və şəhid ailələrinin iştirakı ilə şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub.

   Şəhid ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

   Vətən uğrunda canından keçən şəhidlərimizi daim qəlbimizdə yaşadacaq, onların qanı ilə azad edilən torpaqları göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə səbr və dözüm arzulayırıq.

Keçidlər