Vətən Müharibəsi şəhidi Sərxoşov Seymur Ramiz oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
19 oktyabr 2025-ci il tarixdə Qızıldaş qəsəbəsində Vətən Müharibəsi şəhidi Sərxoşov Seymur Ramiz oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatları Aydın Hüseynov, Zaur Şükürov, rayon icra hakimiyyəti aparatının vəzifəli şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuş, daha sonra ehsan süfrəsində iştirak edilərək ailə üzvlərinə başsağlığı verilmişdir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Vətən uğrunda canından keçən şəhidlərimizi daim qəlbimizdə yaşadacaq, onların qanı ilə azad edilən torpaqları göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə səbr və dözüm arzulayırıq.






