Vətən müharibəsi şəhidi Şaiq Namiq oğlu Kəlbiyevin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.
10 sentyabr 2026-cı il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Şaiq Namiq oğlu Kəlbiyevin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım mərasimində iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Qaradağ Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhidin ailə üzvləri və yaxınları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş və onun əziz xatirəsini ehtiramla yad etmişlər.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib, Azərbaycanın qazandığı tarixi Qələbədə oğlunun da payının olmasından qürur duyduğunu qeyd edib.
Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.






