Vətən Müharibəsi şəhidi Mirzəliyev Kamal Əjdər oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
15 dekabr 2025-ci il tarixdə Vətən Müharibəsi şəhidi Mirzəliyev Kamal Əjdər oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti aparatının vəzifəli şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Lökbatan qəsəbəsindəki şəhidlər xiyabanında şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuş, daha sonra ehsan süfrəsində iştirak edilərək ailə üzvlərinə başsağlığı verilmişdir.
Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.






