Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Kəlbiyev Şaiq Namiq oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

18 oktyabr 2025 | 13:14

   18 oktyabr 2025-ci il tarixdə Vətən Müharibəsi şəhidi Kəlbiyev Şaiq Namiq oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

   Lökbatan qəsəbəsi, şəhidlər xiyabanında keçirilən anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti aparatının vəzifəli şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuş, daha sonra ehsan süfrəsində iştirak edilərək ailə üzvlərinə başsağlığı verilmişdir. 

  Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

  Vətən uğrunda canından keçən şəhidlərimizi daim qəlbimizdə yaşadacaq, onların qanı ilə azad edilən torpaqları göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə səbr və dözüm arzulayırıq.

Keçidlər