Vətən müharibəsi Şəhidi İsmayılov Zaur Xıdır oğlunun doğum günü münasibətilə məzarı ziyarət olundu.
21 iyul 2023-cü il tarixində Vətən müharibəsi Şəhidi İsmayılov Zaur Xıdır oğlunun doğum günü münasibətilə məzarı ziyarət olundu.
Mərasimdə şəhidin ailə üzvləri və yaxınları, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov, Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Axundov Hüseyn, Qızıldaş bələdiyyəsi sədri Alışanov İdris və rayon ictimaiyyəti iştirak etdilər.
Şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Almasov Həsrət qeyd etdi ki, onlar öz həyatlarını Vətəni, torpağı, milləti, dövləti üçün heç düşünmədən fəda edənlər və doğma Azərbaycanımıza ən yüksək səviyyədə xidmət göstərənlərdir. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş oğullarımızın adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”.
Anım tədbirində övladı ilə bağlı xatirələrini bölüşən şəhidin anası övladının qəhrəmanlığından qürur hissi keçirdiyini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!