Vətən Müharibəsi şəhidi İbrahimov Elnur Dönməz oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
22 oktyabr 2025-ci il tarixdə Ələt qəsəbəsində, Vətən Müharibəsi şəhidi İbrahimov Elnur Dönməz oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti aparatının və Azərbaycan Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş və ruhuna dualar oxunmuşdur. Daha sonra ehsan süfrəsində iştirak edərək ailə üzvlərinə başsağlığı verilmişdir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Vətən uğrunda canından keçən şəhidlərimizi daim qəlbimizdə yaşadacaq, onların qanı ilə azad edilən torpaqları göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə səbr və dözüm arzulayırıq.






