Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi İbadov Rafiq Baloğlan oğlunun doğum günü münasibətilə məzarı ziyarət olundu.

14 avqust 2023 | 11:14

14 avqust 2023-cü il tarixində Vətən müharibəsi Şəhidi İbadov Rafiq Baloğlan oğlunun doğum günü münasibətilə məzarı ziyarət olundu.
Mərasimdə şəhidin ailə üzvləri və yaxınları, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov iştirak etdilər. 44 günlük Vətən müharibəsinin ilk günlərində 29.09.2020 ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olmuş İbadov Rafiq Baloğlan oğlunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət etmiş, məzarın üzərinə gül dəstələri qoymuş, Şəhidin ailəsinə baş çəkmişlər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov şəhid ailəsi ilə söhbət etmiş, onları narahat edən problemləri diləmişdir. Şəhidin ailə üzvləri cənab prezidentə və Mehriban xanıma şəhid ailələrinə göstərən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər