Vətən Müharibəsi şəhidi Əliyev Rövşən İbrahim oğlu və 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş Əsədov Vüqar Habil oğlunun anım mərasimi keçirilib
28 sentyabr 2026-cı il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Şəhidlər xiyabanında Vətən Müharibəsi şəhidi Əliyev Rövşən İbrahim oğlu və 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş Əsədov Vüqar Habil oğlunun anım mərasimi keçirilib.
Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhid ailələri və qazilər, şəhidin ailə üzvləri, qəsəbə sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ailəsi ilə birlikdə şəhidlərin məzarını ziyarət edərək, üzərinə gül dəsətələri qoymuş və ruhuna dualar oxumuşlar.
Hər iki şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Vətən uğrunda canından keçən övladları ilə qürur duyduqlarını bildiriblər.
Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların qanı bahasına azad edilən müqəddəs torpaqları göz bəbəyi kimi qoruyacağıq.
Şəhidlərimizin qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik. Onlara Allahdan rəhmət, ailələrinə səbr və dözüm arzulayırıq.






