Vətən Müharibəsi şəhidi Əhmədov Cavanşir Xeyrulla oğlunun il dönümü ilə əlaqədar anım mərasimi keçirilib
15 oktyabr 2024-cü il tarixdə Ələt qəsəbəsində, Vətən Müharibəsi şəhidi Əhmədov Cavanşir Xeyrulla oğlunun il dönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Şəhidin anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatı Aydın Hüseynov və rayon icra hakimiyyətinin məsul işçiləri şəhidin qəbrini ziyarət etmiş, ruhuna dualar oxunmuş, daha sonra şəhid ailəsi ilə görüşmüş və ehsan süfrəsində iştirak edərək ailə üzvlərinə başsağlığı vermişdir.
Şəhid ailəsinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.