Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Əhmədov Cavanşir Xeyrulla oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

15 oktyabr 2025 | 10:01

   15 oktyabr 2025-ci il tarixdə Ələt qəsəbəsində, Vətən Müharibəsi şəhidi Əhmədov Cavanşir Xeyrulla oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

   Şəhidin anım mərasimində Milli Məclisin deputatı Aydın Hüseynov rayon icra hakimiyyətinin aparatının vəzifəli şəxsləri, və şəhid ailələrinin iştirakı ilə şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur

   Şəhid ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

   Vətən uğrunda canından keçən şəhidlərimizi daim qəlbimizdə yaşadacaq, onların qanı ilə azad edilən torpaqları göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə səbir və dözüm arzulayırıq.

Keçidlər