Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Aslanov Elşən Alxas oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

23 oktyabr 2025 | 09:28

23 oktyabr 2025-ci il tarixdə Qızıldaş qəsəbəsində, Vətən Müharibəsi şəhidi Aslanov Elşən Alxas oğlunun beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatı Zaur Şükürov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti aparatının vəzifəli şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuş, daha sonra ehsan süfrəsində iştirak edilərək ailə üzvlərinə başsağlığı verilmişdir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

  Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimiz daim qəlbimizdə yaşayacaq. Onların göstərdiyi igidlik və fədakarlıq xalqımız üçün əbədi qürur mənbəyidir.

 

Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət,

ailələrinə isə səbr və dözüm arzulayırıq.

Keçidlər