Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Abasov Ruslan Hikmət oğlunun anadan olmasının 26-cı il dönümü ilə bağlı anım mərasimi keçirilib

25 may 2026 | 16:35

    25 may 2026-cı il tarixdə Lökbatan qəsəbəsində, Vətən Müharibəsi şəhidi Abasov Ruslan Hikmət oğlunun anadan olmasının 26-cı il dönümü ilə bağlı anım mərasimi keçirilib.
   Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında keçirilmiş anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Həsrət Almasov, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
   Şəhid ailə üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
   Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq.
   Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

Keçidlər