Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun doğum günü Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən qeyd edilmişdir

14 sentyabr 2022 | 15:30

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin  09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı  adı verildi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  “Dəmir Yumruğ” hərbi əməliyyatlarını başlamasından sonra  Murovdağ  silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatlar Vətən  müharibəsi  zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərindən biri kimi baş vermişdir. Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun  hərbi qulluqçuları düşmənə  böyük  zərbə vuraraq qəhrəmancasına şəhid olmuşdur.

Döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biridə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələrinin zabiti, kapitan Abdullayev Rəşad Arif oğludur. Kapitan Abdullayev Rəşad  Arif oğlu 14.09.1988-ci il tarixində Cəlilabad rayonunda anadan olmuşdur.2020-ci il Qarabağın azad olunması uğrunda aparılan 44 günlük Vətən Müharibəsi zamanı 29.09.2020-ci il tarixində Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ,”Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 16.05.2021-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsində 1500 metr məsafəsi olan küçə şəhid Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun adına əbədiləşdirildi. Küçə əsaslı təmir edilmiş və küçənin başlanğıc hissəsində şəhidin barelyef abidəsi quraşdırılmışdır. 14.09.2022-ci il tarixində şəhidin doğum günü ilə əlaqədar barelyef abidəsi Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin Deputatı Aydın Hüseynov, rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, idarə və təşkilat rəhbərləri, ictimaiyyət  nümayəndələri və I Qarabağ müharibəsi əlillərinin  iştirakı ilə ziyarət edilmiş, abidənin önünə gül çələngi qoyulmuş, şəhidin ruhu anılmışdır.

Keçidlər