Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun doğum günü ilə əlaqədar abidəsi ziyarət olunmuşdur.

14 sentyabr 2023 | 12:28

   Döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimiz unudulnur.

   Döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biridə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələrinin zabiti, kapitan Abdullayev Rəşad Arif oğludur.Kapitan Abdullayev Rəşad  Arif oğlu 14.09.1988-ci il tarixində Cəllabad rayonunda anadan olmuşdur.2020-ci il Qarabağın azad olunması uğrunda aparılan 44 günlük Vətən Müharibəsi zamanı 29.09.2020-ci il tarixində Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ,”Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə” ,”Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.Qaradağ rayonu Lökbatan qəsəbəsində 1500 metr məsafəsi olan küçə şəhid Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun adına əbədiləşdirilmişdir.

   Şəhidin doğum günü ilə əlaqədar Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən şəhidin adına əbədiləşdirilmiş küçənin girişində olan Şəhidin abidəsi ziyarət olunmuş və abidənin önünə gül çələngi qoyulmuşdur.

Keçidlər