Vətən müharibəsi qazilərinə diqqət göstərilir
25 iyul 2023-cü il tarixdə Yol-nəqiyyat hadisəsi zamanı xəsarət almış qazi Baxşəliyev Şahmurad İbrahimxəlil oğlu yaşadığı evdə ziyarət olundu.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov Xocasən qəsəbəsində Vətən müharibəsi zamanı üçüncü dərəcəli əlil olmuş Baxşəliyev Şahmurad İbrahimxəlil oğlunu evində ziyarət edib. Baxşəliyev Şahmurad müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi döyüşlərdə iştirak edib. Suqovuşan istiqamətində aparılan döyüş əməliyyatları zamanı yaralanıb.
Qazimiz onlara göstərilən diqqət və qayğıya, problemlərinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər