“Uşaqlara qarşı zorakılığa YOX” mövzusunda tədbir keçirildi.
19 may 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ rayon gənclər və idman sektorunun təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9-cu bəndinin (Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi) icrası ilə əlaqədar “Uşaqlara qarşı zorakılığa YOX” mövzusunda tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ RPİ-in Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin inspektoru Polis leytenantı Atabəy Məsimzadə, Qaradağ Rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ rayonu, Korgöz qəsəbəsi, Elman Heydərov adına 197 nömrəli tam orta məktəbin müəllimləri və məktəbin şagirdləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov açdı. O mövzunun aktuallığını qeyd edərək Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nı və bu plana əsasən qarşıda duran vəzifələri iştirakçıların nəzərinə çatdırdı. R.İsmayılov Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri, onların yaranma səbəbləri, sözügedən məsələ ilə bağlı Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiya”sına daxil olan müraciətlər barədə ətraflı məlumat verdi.
Qaradağ Rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Abbasov bildirdi ki, Uşaqlara qarşı zorakılıq - fiziki, psixoloji, iqtisadi, cinsi, sosial təcavüzün istifadəsi ilə uşağın konstitusiya və azadlıq hüquqlarının pozulmasıdır. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir.






