Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlara qarşı zorakılığa yox deyək!” mövzusunda tədbir keçirilib.

08 fevral 2023 | 16:48

   08.02.2023-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 166 nömrəli məktəb-litseydə Qaradağ RPİ-in Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəis əvəzi Polis Mayoru Ramil Hacıyevin, Qaradağ Gənclər İdman İdarəsinin rəisi Elçin Abbasovun iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3 bəndinin 5.3.9-cu alt bəndinə əsasən icrası ilə əlaqədar “Uşaqlara qarşı zorakılığa yox deyək!” mövzusunda tədbir keçirilib. 
   Tədbir iştirakçılarına “Azərbaycan Uşaq Qaynar Xətt”  xidmətin fəaliyyəti barədə geniş məlumatlar verildi. Qeyd edibi ki, “Azərbaycan Uşaq Qaynar Xətt“ Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, UNİSEF VƏ Azesell Telekomun tərəfdaşlığı ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində 2010-cu ildən fəaliyyət göstərir və 2021-ci ildən başlayaraq  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN), Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, “Azərbaycan Dəmir Yolları“ QSC və “Baki Metropoıiteni” ASC ilə əməkdaşlığa başlamışdır. Hazırda Xidmətin 116111 əlaqə nömrəsi istifadəyə verilib. “Azərbaycan Uşaq Qaynar Xətt” uşaqlara psixiloji dəstək, məsləhət almaq, öz hiss və emosiyalarını bölüşmək, çətinliklərini aydınlaşdırmaq, psixoloji və hüquqi yardımdan yararlanmaq, müxtəlif  icma əsaslı sosial, təhsil, hüquqi və həmçinin reabilitasiya xidmətlərini yerinə yetirir

Keçidlər