Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.20 bəndinin icrası ilə bağlı tədbir keçirilmişdir

03 fevral 2023 | 17:49

   03.02.2023-cü tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə əlaqədar aztəminatlı ailələrə yönəlmiş dəstək və məşğulluq tədbirlərinin gücləndirilməsi, həmin ailələrdən olan uşaqların davamlı təhsil hüququnun təmin edilməsi istiqamətində tədbirlər görülməsi məqsədilə, Sahil qəsəbəsində yerləşən 228 saylı tam orta məktəbdə 19 may 2006-cı il təvəllüdlü Baxşəliyev Fərid Elşən oğlunun təhsilinin davam etdirilməsi ilə bağlı tədbir keçirilmişdir.
   Qaradağ Rayon İcra Hakimiyyəti, “Qaradağ Gənclər Evi”nin və 228 nömrəli məktəbin pedoqoji kollektivi tərəfindən F.Baxşəliyevlə fərdi söhbət aparılmışdır. O, məktəbli forması, məktəbli ləvazimatları və isti geyimlərlə təmin olunmuşdur. F.Baxşəliyevə 228 nömrəli məktəbin müəllimləri tərəfindən əlavə məşğələlər keçiriləcəkdir. 
   F.Baxşəliyev aktyorluq ixtisası üzrə ali məktəbə daxil olmaq istədiyini bildirmişdir. Bu səbəbdən “Qaradağ Gənclər Evi”ndə onun dərsdən sonra qabiliyyət imtahanlarına  hazırlaşması üçün otaq ayrılmışdır.

                  

Keçidlər