“Uşaq zorakılığı və onun fəsadları”
Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9-cu alt bəndininin icrası ilə əlaqədar tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə “Uşaq zorakılığı və onun fəsadları” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ Gənclər İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili üzrə inspektor polis baş-leytenantı Emin Abbasov, 180 № li məktəbin direktoru Atakişi Cəfərov, məktəbin psixiloqları Gülnarə Kazımova, Nərgiz Abdullayeva, müəllim və şagird heyəti iştirak etmişdir.
Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov bildirdi ki, Uşaqlara qarşı zorakılıq - fiziki, psixoloji, iqtisadi, cinsi, sosial təcavüzün istifadəsi ilə uşağın konstitusiya və azadlıq hüquqlarının pozulmasıdır. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir.
Qaradağ Gənclər İdman İdarəsinin rəisi Elçin Abbasov çıxışında uşqalara qarşı Fiziki zorakılıq – fiziki güc və ya silahdan istifadə edərək uşağa qəsdən vurulan zədə və ya travmalardan bəhs etdi.
180 № li məktəbin psixiloqu Gülnarə Kazımova şagirdlərə zorakılıq haqqında məlumat verdi o, qeyd etdi ki, Zorakılıq anlayışına Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aşağıdakı kimi tərif verir: zorakılıq - özünə, digər şəxsə, bir qrup insana, icmaya qarşı yönələn və nəticədə cismani zədələr, ölüm, psixoloji travma, inkişafın pozulması və ya digər formada zərər vuran (yaxud böyük ehtimalla güman olunan) həqiqi və ya hədə şəklində qəsdən edilən fiziki qüvvə və ya səlahiyyətin tətbiq edilməsidir.
Tədbir sual-cavab mərhələsi ilə sona çatdı.