Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyinin bərpasında rolu” mövzusunda dəyirmi masa keçirildi

18 oktyabr 2023 | 16:00

   2023-cü il oktyabrın 18-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyinin bərpasında rolu” mövzusunda dəyirmi masa keçirildi.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin keçmiş hərbi müşaviri, ehtiyatda olan tuğ-general Yucel Karauz, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

   Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini yad etdilər.

   Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

   Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla anıldı.

   Sonra Ümummilli Lider Heydər Əliyevə və Qarabağda Azərbaycanın suverenliyini tam və qəti şəkildə bərpasına həsr olunan videoçarx nümayiş etdirildi.

   Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Parlamenti avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktının qəbul edilməsindən və günün əhəmiyyətindən bəhs etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir.

   Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1991-ci ildə ölkənin daxilində və xaricində vəziyyətin acınacaqlı durumundan danışdı. Qeyd etdi ki, o zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımız Ümummilli Lider Heydər Əliyevə üz tutmuş, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək Ulu Öndəri ölkənin Prezidenti seçmişdir. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı. Ermənistanla atəşkəsə nail oldu, Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Azərbaycanda demokratik dövlət yaradıldı.

   Hörmətli Prezidentimiz cənab İlham Əliyevin sayəsində Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan etibarlı şəkildə qorunur və inkişaf etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə 44 gündə ordumuz torpaqlarımızı işğaldan azad etdi, Zəfər əldə olundu. 19 sentyabr 2023-cü il tarixində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

   Daha sonra tədbirdə çıxış edən natiqlər günün əhəmiyyətini vurğulayaraq xalqımızın qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdığından bəhs etdilər. Bildirdilər ki, Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldıraraq müstəqil Azərbaycanı möhkəm təməllər üzərində yeni inkişaf yoluna apardı. Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə böyük uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir! Qarabağ Azərbaycandır!

 

 

 

Keçidlər