Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ağacəkmə kompaniyası keçirilmişdir

08 may 2026 | 18:32

   8 may 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatı və Lökbatan Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
   Tədbir çərçivəsində Qaradağ rayonu Lökbatan qəsəbəsinin Seymur Orucov və Nizami küçələrində ağacəkmə aksiyası keçirilmişdir
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emill Abbasov, Milli Məclisin deputatları Aydın Hüseynov və Zaur Şükürov, YAP Qaradağ Rayon Təşkilatı sədrinin müavini Faiq Qurbanov, Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Elçin Hüseynov, ictimaiyyət və səhiyyə nümayəndələri iştirak etmişlər.
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emill Abbasov çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etməkdən böyük qürur hissi duyuruq. O qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqımızın rifahı və ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi misilsiz xidmətlər hər zaman minnətdarlıqla xatırlanır.
   Bildirilib ki, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikanın hər yerində olduğu kimi Qaradağ rayonunda da geniş abadlıq-quruculuq işləri aparılır, yaşıllıqların artırılması istiqamətində mühüm layihələr həyata keçirilir.
   Qeyd olunmuşdur ki, keçirilən ağacəkmə aksiyası gələcək nəsillərə daha sağlam ekoloji mühitin ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır və belə təşəbbüslər rayonun daha da gözəlləşməsinə öz töhfəsini verəcəkdir.
   Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Elçin Hüseynov çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bu tədbirin böyük əhəmiyyət daşıdığını vurğulamışdır. O qeyd etmişdir ki, Ulu Öndərin xalqımızın sağlam gələcəyi, sosial rifahı və dövlətimizin inkişafı istiqamətində həyata keçirdiyi siyasət bu gün də uğurla davam etdirilir. Sağlam cəmiyyətin formalaşmasında ekoloji mühitin qorunmasının mühüm rol oynadığı diqqətə çatdırılmış, keçirilən ağacəkmə aksiyasının insanların sağlam həyat tərzinin təşviqinə və ətraf mühitin mühafizəsinə xidmət edən vacib təşəbbüs olduğu bildirilmişdir.
   Sonra Milli Məclisin deputatları Aydın Hüseynov və Zaur Şükürov çıxış edərək bildirmişlər ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir böyük mənəvi və ictimai əhəmiyyət daşıyır. Qeyd edilmişdir ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində silinməz iz qoymuş, dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müstəsna rol oynamışdır.
   YAP Qaradağ Rayon Təşkilatı sədrinin müavini Faiq Qurbanov çıxışında bildirmişdir ki, bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf, abadlıq və ekoloji layihələr Ulu Öndərin ideyalarının davamıdır. Ağacəkmə aksiyasının keçirilməsinin cəmiyyətdə ekoloji məsuliyyətin artırılması və ətraf mühitin qorunması baxımından xüsusi önəm daşıdığı vurğulanmışdır.
   Qeyd edilmişdir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. Yeni Azərbaycan Partiyası məhz Heydər Əliyevin ideyaları əsasında yaradılmış və bu gün də həmin siyasi xətti uğurla davam etdirərək ölkəmizin inkişafına öz töhfəsini verməkdədir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ekoloji dəyərlərin təbliği və cəmiyyətin rifahı istiqamətində həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılmışdır.
   Bildirilib ki, Lökbatan qəsəbəsində keçirilən ağacəkmə aksiyası Ümummilli Liderin zəngin irsinə ehtiramın ifadəsi olmaqla yanaşı, rayonun ekoloji mühitinin yaxşılaşdırılmasına xidmət edir və əkilən hər bir ağac gələcəyə qoyulan qiymətli töhfədir.
   Aksiya zamanı ərazidə müxtəlif növ ağac tingləri əkilmiş, yaşıllıqların artırılması və ekoloji mühitin qorunması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanmışdır.
   Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları və səhiyyə işçiləri Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ətraf mühitin mühafizəsi və yaşıllıqların genişləndirilməsi sahəsində həyata keçirdiyi siyasətin bu gün də uğurla davam etdirildiyini qeyd etmişlər.

 

Keçidlər