Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev abidəsi önünə gülqoyma mərasimi keçirilmişdir

10 may 2026 | 12:29

   10 may 2026-cı il tarixində Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev abidəsi önünə gülqoyma mərasimi keçirilmişdir.
   Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı sədrinin müavini Faiq Qurbanov, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, hərbi qulluqçular, rayonun ziyalıları, idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
   Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək, onun əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad etmişlər. Abidə önündə böyük izdihamın müşahidə olunması xalqın Ümummilli Liderə olan sarsılmaz sevgisinin və ehtiramının bariz nümunəsi kimi diqqət çəkmişdir.
   Mərasim boyunca Ulu Öndər Heydər Əliyevə həsr olunmuş musiqilər səsləndirilmiş, onun dərin məna daşıyan çıxışlarından parçalar, müdrik fikirləri və aforizmləri iştirakçılar tərəfindən böyük diqqət və ehtiram hissi ilə dinlənilmişdir. Səsləndirilən fikirlər Ulu Öndərin Azərbaycan xalqına, dövlətçiliyinə və milli-mənəvi dəyərlərə bağlılığını bir daha nümayiş etdirmişdir.
   Mərasim zamanı Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri bir daha böyük hörmət hissi ilə xatırlanmışdır.
   Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkənin ictimai-siyasi sabitliyinin təmin olunması və milli inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmişdir.
   Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan qısa müddətdə böyük inkişaf yoluna qədəm qoymuş, beynəlxalq aləmdə etibarlı tərəfdaş və güclü dövlət kimi tanınmışdır. Bu gün ölkəmizin əldə etdiyi uğurların təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır.
   Şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, gənclərin və rayon ictimaiyyətinin tədbirdə geniş şəkildə iştirak etməsi Ulu Öndərin xatirəsinin xalqımızın qəlbində daim yaşadığını bir daha nümayiş etdirmişdir. Mərasim boyunca abidə önünə gül dəstələri düzülmüş, iştirakçılar dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını ifadə etmişlər.
   Yüksək təşkilatçılıq şəraitində keçirilən anım mərasimi Qaradağ rayon sakinlərinin Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə sədaqətinin, onun əziz xatirəsinə olan böyük ehtiramının və sonsuz minnətdarlıq hissinin daha bir ifadəsi olmuşdur.

 

Keçidlər